“Bəs generallar Bakıya “çatırdı”: hara qaçdılar?” – Korotçenko

“Bəs generallar Bakıya “çatırdı”: hara qaçdılar?” – Korotçenkobackend

Erməni cəmiyyətinin bir hissəsinin və müxalifətin Baş nazir Nikol Paşinyana müraciəti ona deyil, müharibədə məğlub olan Ermənistan silahlı qüvvələrinə ünvanlanmalıdır.

Busaat.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, iddialar Qaregin Njdenin fikirləri ilə aldadılan erməni cəmiyyətinə yeni bir müharibənin baş verəcəyi təqdirdə Bakıya çatacaqlarını vəd edən, nəticədə isə İrəvana qaçan generallara, eləcə də erməni sakinlərini gözəgörünməz “aslan döyüşçülərin zəfərləri” ilə zombiləşdirən erməni təbliğatçılarına qarşı olmalıdır:

“Nəticə olaraq, Ermənistan “köhnə hamam, köhnə tas” ilə qalaraq əlində olanı da itirdi. Paşinyanın bununla nə əlaqəsi var? O, yalnız məğlubiyyətin simvolu və simasıdır”. (axar.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90