Novruz bayramı Novruz bayramı xalqımızın əndoğma, ən sevimli, ən əziz bayramıdır. Ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən Novruz milli bayramımızdır. Novruz baharın ilk günüdür. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılamağa çalışır. Çünki Novruz qəlblərin bayramıdır. Xalqımız Novruz ənələrinə daim ehtiramla yanaşır. Bu ənənələr müqəddəs ərməğan kimi daim uca tutulur, yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi çatdırılır. Novruzbayramı xalqımızın həyata nikbin baxışının, təbiətin vəinsanlığın qələbəsinə inamının bayramıdır. İndiyəqədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayramən kütləvi xalq bayramıdır. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlardörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrinhər biri insanların yaşaması, bütün həyatın varlığı üçünvacib olan dörd ünsürdən birinə – od, torpaq, su vəhavaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanınən qədim, ən müdrik bayramlarından biri olduğunugöstərir. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu ÖndərHeydər Əliyev sovet hakimiyyətinin qadağalarınabaxmayaraq, milli ruhun yüksəlişinə təkan verənamillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillikdövründə isə Ulu Öndər hər il qədim milli bayramımızolan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı. Ulu Öndər milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət vermişdir. Ümummilli liderNovruz bayramı haqqında demişdir: “Novruzxalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütündövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimikeşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramınmüstəqil respublikamızda dövlət səviyyəsində qeydedilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi vəsarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.Ulu Öndərin hər Novruzda bayram təbriklərini xalqa çatdırması insanlarda xoş ovqat yaradırdı. Bu dahi insanın bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirirdi. Bu ənənələr HeydərƏliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevlayiqincə davam etdirir. Dövlətimizin başçısı Novruzumilli-mənəvi dəyərlərimizin təcəssümü adlandırır. Prezident cənab İlham Əliyevin hər il bayramşənliklərinə qatılması, əhali ilə bayramlaşması, Novruztonqalını alovlandırması bayram ovqatını daha daartırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları dahaxeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, – deyən Prezident İlham Əliyev Novruzun insanlardaqurub-yaratmaq əzmi aşılayan bayram olduğunuçıxışlarında daim ifadə edir. Novruz bayramı zamanıolub-keçənlər də yad edilir, Vətən uğrunda canını fədaedənlərin uyuduğu torpaqlardan insan axınının ayağıkəsilmir. Vətənimizin ərazi bütövlüyü uğrundacanından keçən və haqqın dərgahına qovuşanqəhrəman oğullarımıza rəhmət diləyir, onların əzizxatirəsini ehtiramla anırıq. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Bəli , 44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə yurdumuza əbədi bahar gətirdi. Bu Qələbə bizi bütün dünyaya məğrur millər kimi tanıtdı. Bu Zəfəri bizə bəxş edən müzəffər Ordumuza, Ali Baş Komandan cənab İlham Əliyevə,and yerimiz olan şəhidlərimizə, düşmənlə hər döyüşdə qəhrəmanlıq səlnaməsi yazan əsgər və qazilərimizə borcluyuq. Arzu edirəm ki, sevinc və fərəhimiz daimi olsun!
Məhluqə Salmanova,