“Qarabağ”ın hücumçusu Juninyo Türkiyənin “Beşiktaş” klubunun hədəfinə düşüb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş”ın idman direktoru Samet Aybaba Ağdam təmsilçisinin hücumçusunu canlı izləmək istəyir. Aybaba bunun üçün Leverkuzenə yollanacaq.
Belə ki, bu həftə Almaniyada Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer” “Qarabağ”ı qonaq edəcək.