
Beynəlxalq Enerji Agentliyi: Dünya təmiz enerji texnologiyalarında yeni sənaye dövrünə qədəm qoyur
Təmiz enerji texnologiyalarında qlobal miqyasda yeni “sənaye dövrü”nə qədəm qoyduğu üçün 2030-cu ilə qədər bu sahədə qlobal bazarın həcminin hər il 650 milyard dollara çatacağı proqnozlaşdırılır.
Busaat.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) “Energy Technologies Perspective 2023” hesabatına görə, təmiz enerji texnologiyalarında yeni dövrdə milyonlarla yeni iş imkanları yaradılacaq.
Məlumatda qeyd olunur ki, əgər ölkələr öz iqlim və enerji öhdəliklərini tam yerinə yetirsələr, 2030-cu ilə qədər təmiz enerji texnologiyalarının kütləvi istehsalı üzrə qlobal bazar həcminin hər il 650 milyard dollara çatacağı təxmin edilir.
Bu rəqəm təmiz enerji texnologiyalarının istehsalı üzrə hazırkı qlobal bazar həcmindən üç dəfə çoxdur.
Qeyd edək ki, dünya təmiz enerji texnologiyalarında yeni sənaye dövrünə qədəm qoyur. Təmiz enerji texnologiyalarının istehsalında mövcud 6 milyonluq məşğulluğun 2030-cu ildə 14 milyona yüksələcəyi təxmin edilir. Transformasiya sürətləndikcə bu sahədə məşğulluq sayının artması gözlənilir.
Digər tərəfdən, bəzi ölkələrdən, xüsusən də Çindən yüksək asılılıq təmiz enerji texnologiyalarının tədarük zəncirində risklər yaradır və istehsalın şaxələndirilməsinə ehtiyac var.
Busaat.az























