Beynəlxalq hüquq normaları tamamilə pozulub

image-4backend

 

Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkilatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxalq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir.

Dövlətlərin məsuliyyəti beynəlxalq hüququn əsas prinsipidir və beynəlxalq sistemin təbiətindən və dövlətlərin müstəqilliyi və bərabərliyi barədə doktrinalardan irəli gəlmişdir. Beynəlxalq məsuliyyət anlayışı beynəlxalq hüquq subyekti tərəfindən həyata keçirilmiş beynəlxalq hüquqa zidd hərəkətlərin və beynəlxalq hüquqa uyğun fəaliyyət zamanı yol verdikləri hərəkətlər zamanı meydana çıxan zərərli təsirlərin nəticələrini zərər görən beynəlxalq hüquq subyektinə münasibətdə aradan qaldırmaq məqsədi daşıyan beynəlxalq hüquq institutudur.

Beynəlxalq hüquq normaları öz məzmununa və formasına görə olduqca müxtəlifdir. Bir sıra meyarlara əsaslanmaqla, onları müxtəlif növlərə ayırmaq olar. Subyekt-ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının üç növü fərqləndirilir: 1) ümumi normalar; 2) regional normalar; 3) iki tərəfli (bilateral) normalar.

Beynəlxalq hüquq normaları danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin edir. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmırdı. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürüldü. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olundu. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkildi. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verildi. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin – Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik. Ermənistanın bu hərəkətilə beynəlxalq hüquqlar tamamilə pozulmuşdu. Ordumuz torpaqlarımızı azad etdi və beynəlxalq hüquqlar bərpa olundu. Beynəlxalq ictimaiyyət bu vəziyyətlə razılaşmadı. Əlbəttə, biz ümid edirdik ki, beynəlxalq birliyin birgə səyi imkan verdi ki, bu problem həll olunsun və belə də oldu.

Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddəratını təyin etmə prinsipi və s. Dövlətlər, beynəlxalq hüququn subyektləri ilə öz münasibətlərini xarici siyasət əsasında qurur və bu siyasətin yerinə yetirilməsi nəticəsində beynəlxalq hüquq normaları yaradır ki, bunlar da müxtəlif formalarda olur. Bu münasibətlər iki tərəfli, regionla, universal səviyyədə qurula bilir. Bunun da əsasını müqavilə və konvensiyalar təşkil edir.

Xarici siyasət dövlətin beynəlxalq münasibətləri ilə, məqsədləri, istiqamətləri, vəzifəsini müəyyənləşdirir. Dövlətlər xarici siyasət həyata keçirərkən əsas məqsədləri onun öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və müdafiəsi eləcə də dövlətin irəliləyişi üçün çox əlverişli mühitin yaradılması və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Beynəlxalq hüququn xarici siyasətlə və ümumiyyətlə siyasətlə bağlılığı, onlardan hansının daha önəmli olması və hansının digərini kölgədə saxlaması məsələsi bu suallar və onların cavabı çox vacib olan məsələlərdir. Ancaq burada bir həqiqət də var ki, hansı daha güclüdür və bütün mübahisələrə baxmayaraq, onların arasında qırılmaz əlaqə vardır . Bu hətta beynəlxalq məhkəməninin aktlarında da öz əksini tapmışdır.

                                      

Ağaquliyeva Aytac

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90