
"Beynəlxalq ictimaiyyət ABŞ və NATO-nun Əfqanıstanda törətdikləri müharibə cinayətlərini xatırlamalıdır" - Rusiya
ABŞ və NATO-nun Əfqanıstanda törətdiyi hərbi cinayətlərə dair məlumatların toplanması davam etdirilməlidir.
Busaat.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının 53-cü Sessiyasında iştirak edən Rusiya nümayəndə heyəti bildirib
“Beynəlxalq ictimaiyyət ABŞ və NATO hərbçilərinin Əfqanıstanda 20 illik mövcudluğu zamanı törətdikləri müharibə cinayətlərini xatırlamalıdır”, – Yaroslav Yeryomin deyib.
“Biz hesab edirik ki, ABŞ və NATO-nun Əfqanıstanda törətdiyi cinayətlərin ictimaiyyətə çatdırılması istiqamətində işlərin davam etdirilməsi vacibdir”, – Yeryomin vurğulayıb.
“Sabitliyin və təhlükəsizliyin təmin edilməsi Rusiyanın Əfqanıstan yolunda prioritet olaraq qalır”, – diplomat qeyd edib.
“Biz müvəqqəti Əfqanıstan hökumətini əsas etnik və siyasi qrupların maraqlarını nəzərə alan, insanların əsas hüquq və azadlıqlarını təmin edən inklüziv hökumət sistemi yaratmaq vədini yerinə yetirməyə çağırırıq”, – Yeryomin əlavə edib.
Busaat.az























