Beynəlxalq təşkilatlardan həyəcan: “Qlobal ərzaq böhranı daha da artacaq”

image-taxil_4backend

 Beynəlxalq təşkilatlar Ukraynada müharibənin yaratdığı qlobal ərzaq böhranının taxıl dəhlizinin açılmasına baxmayaraq bitmədiyini bildirib və böhranın daha da dərinləşəcəyi ilə bağlı ölkələrə xəbərdarlıq edib.

Busaat.az xəbər verir ki, bu barədə dünyanın aparıcı beynəlxalq təşkilatları ortaq bəyannamədə bildirib.

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Q.U.Donqyu, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva, Dünya Bankı Qrupunun baş direktoru David Malpass (DBQ), Ümumdünya Ərzaq Proqramının (ÜƏP) baş direktoru Devid Beasli və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala birgə yazılı açıqlama ilə çıxış edərək qlobal ərzaq böhranı ilə bağlı son vəziyyəti qiymətləndiriblər.

Açıqlamada, Ukrayna-Rusiya müharibəsinin qlobal qida böhranını tətikləməyə davam etdiyi bildirilib: “Qara dənizdən taxıl ixracının davam etməsinə baxmayaraq, iqlim hadisələri və yüksək qiymətlər səbəbiylə ərzaq bir çox insan üçün əlçatmaz olaraq qalır”.

Eyni zamanda, hazırkı vəziyyətdə növbəti məhsul mövsümü üçün gübrə istifadəsinin azalacağı vurğulanaraq, “ərzaq böhranının uzanacağı və daha da dərinləşəcəyi” xəbərdarlığı edilib. Ölkələrin bu böhranı aradan qaldırmaq üçün hərəkətə keçməli olduğu tövsiyə edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90