
Beynəlxalq Valyuta Fondu (İMF) Ukraynaya 1,3 milyard dollarlıq dəstək verəcək
İMF yeni “Qida şoku pəncərəsi” çərçivəsində Ukraynaya 1,3 milyard dollar maliyyə dəstəyini təsdiqlədiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə İMF-dən açıqlama edilib.
Açıqlamada İcraçı Direktorlar Şurasının Ukraynaya üçün nəzərdə tutulan yeni “Qida şoku pəncərəsi” çərçivəsində 1,3 milyard dollarlıq təcili maliyyə dəstəyinin təsdiqləndiyi qeyd olunub.
Bundan əlavə Ukraynada davam edən müharibədə çox böyük insan və iqtisadi itkilərin davam etməsinin böyük maliyyə dəstəyinə ehtiyac yaratdığı qeyd edilib.
Qeyd edək ki, “Qida şoku pəncərəsi” 5 Oktyabr tarixində İMF İcraçı Direktorlar Şurası tərəfindən yaradılıb və bir il müddətində fəaliyyət göstərəcək.
Busaat.az























