
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Ermənistana 92,3 milyon avro kredit verəcək
Ermənistan və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında büdcəyə dəstək məsədilə 92,3 milyon avro dəyərində kredit sazişi imzalanıb.
Busaat.az xəbər verir ki, Ermənistanın Maliyyə Nazirliyinin məlumatına görə, sazişi Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan və Dünya Bankının (DB) Ermənistan üzrə meneceri Karolin Geginat imzalayıblar.
Müvafiq büdcə dəstəyi vəsaitləri Ermənistanın 2023-cü il dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş kəsirin maliyyələşdirilməsinə yönəldiləcək.
Layihə Ermənistanda aşağıdakı prosesləri həyata keçirməyi planlaşdırır:
– İqlim dəyişikliyinin azaldılması və uyğunlaşmanın təşviqi və ətraf mühitin idarə edilməsi üçün normativ bazanın təkmilləşdirilməsi;
– Bərabərliyin gücləndirilməsi və insan kapitalının inkişafının təşviqi;
– Korrupsiyaya qarşı mübarizə çərçivəsinin və ədliyyə sektorunun effektivliyinin artırılması.
Busaat.az























