Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Beyoğluda partlayış baş verən bölgəyə qərənfillər düzülüb - FOTO

image-9486501458837512305
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünən İstanbulun İstiqlal küçəsində baş verən teror aktında həyatını itirən şəxslərin ruhu ehtiramla yad edilib.

Beyoğlu rayon səlahiyyətlisi Mustafa Dəmirəli, Beyoğlu Bələdiyyə başçısı Heydər Əli Yıldız və vətəndaşlar partlayışın baş veridiyi İstiqlal küçəsindəki ərazidə həyatını itirənlərin xatirəsinə qərənfil qoyub.

Busaat.az xəbər verir ki, Beyoğlu İlçe Baş məmuru Mustafa Dəmirəlli jurnalistlərə açıqlamasında xain hücumun səbəbkarlarının ölkənin, millətin birlik və bütövlüyü hədəf almaq istədiklərini, lakin ölkədəki birliyi, sülhü və bütövlüyü poza bilməyəcəklərini bildirib.

“Burada həm şəhid olan 6 vətəndaşımızın xatirəsini anmaq, həm də mesaj vermək üçün Bələdiyyə başçısı ilə birlikdə qərənfillər düzürük. Beyoğlumuzun və Türkiyəmizin göz bəbəyi olan, mədəniyyət və incəsənət paytaxtı dediyimiz bu küçədə adət etdiyimiz canlı günləri bu hadisədən təsirlənmədən davam etdirmək üçün buradan mesaj vermək istədik” – deyə, Dəmirəlli bildirib.

Beyoğlu Bələdiyyə başçısı Heydər Əli Yıldız xain hücumunu qınadıqlarını vurğulayıb: “İnanıram ki, birlik içində, həmrəyliklə yaralarımızı yenidən sağaldacağıq və çətin günlərin öhtəsindən gələcəyik. Bu mənfur terror aktı “Türkiyənin yüz ili” olaraq bəhs etdiyimiz bu günlərdə sabitliyimizə, birliyimizə və dövlətimizə hücumdur”.

Partlayış nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyən Yıldız dükan sahiblərini də ziyarət edəcəklərini, şəfa diləklərini çatdıracaqlarını qeyd edib. Vətəndaşlar da partlayış baş verən əraziyə qərənfil qoyaraq həyatını itirənləri yad edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90639