Beyrut partlayışı ilə bağlı ŞOK MƏQAMbackend

Livan Hərbi Prokurorluğu partlayış günü Beyrut dəniz limanında işləyən qaynaqçılardan birini dindirib.

Busaat.az xəbər verir ki, Livan müstəntiqləri onun ekstremist qruplarla əlaqəli ola biləcəyindən şübhələnirlər.

Şübhəlinin avqustun 1-də limanda işə düzəldiyi müəyyənləşdirilib. O, daha öncə heç vaxt qaynaqçı işləməyib, öz ixtisası üzrə lazımi bacarıqları isə Yutubdan əldə edib.

İstintaq komissiyasının yekun rəyi iki ay ərzində hazır olacaq.

Qeyd edək ki, Beyrutda rəsmi açıqlamalara görə, anbarda saxlanılan tonlarla ammonium nitratın partlaması nəticəsində 170-dən çox insan həlak olmuş, 6 minə yaxın insan isə yaralanmışdı.

Partlayış nəticəsində demək olar ki, şəhərin yarısı dağılmışdı.