Biləsuvarda maşın aşdı – Xəsarət alanlar var

image-1708932290-qezabackend

Bu gün səhər saatlarında köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində yol qəzası baş verib.

Busaat.az xəbər verir ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu idarə etdiyi “Opel” markalı minik avtomobilinin idarəetməsini itirərək aşırıb.

Qəzada sürücü və 4 şərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki