Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 346 $▼7.15%
  • Ethereum1 743 $▼9.59%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bill Qeytsin rus qadınla münasibəti ortaya çıxdı: Fotoları sızdırmaqla hədələdi

image-bill-gates-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-də Bill Qeyts, Donald Tramp, Bill Klinton və Şahzadə Endryu kimi tanınmış adlarla dostluq edən və 2019-cu ildə həbsxanada intihar edən Ceffri Epşteynlə bağlı yeni məlumatlar ortaya çıxmağa davam edir. ABŞ mediası Ceffrinin Bill Qeytsi onun rus qadınla münasibəti olduğunu ifşa etməklə hədələdiyini bildirib.

Busaat.az xəbər verir ki, ABŞ-nin nüfuzlu qəzetlərindən olan Wall Street Journal insan alveri, fahişəlik və cinsi istismar kimi cinayətlərdə ittiham olunan Epşteynin məxfi yazışmalarını dərc edib.

Sənədlərdə Epşteynin Microsoft-un həmtəsisçilərindən biri və dünyanın ən zəngin adamlarından biri kimi tanınan Bill Qeytsi hədələdiyi ortaya çıxıb. Yazışmalarda o vaxt evli olan Qeytsin rusiyalı qadınla münasibətdə olduğu bildirilir.

Epşteyn 2017-ci ildə göndərdiyi elektron məktubda onun assosiasiyasının təşəbbüsündə iştirak etməyən Qeytsi Mila Antonova adlı qadınla münasibətlərini açıqlaması ilə hədələyib. Epşteynə yaxın mənbələr də bu iddianı təsdiqləyib.

Qeyts 2010-cu ildə Antonova ilə tanış olub və həmin vaxt ikili turnirdə birlikdə yarışıb. Antonova daha sonra San Fransiskoya köçüb və proqram mühəndisi kimi işləməyə başlayıb.

Antonova bildirib ki, o və Qeyts o vaxt sadəcə dost olublar və 2010-cu ildə onun Qeytslə çəkdirdiyi fotonu əks etdirən video yayımlayıb.

67 yaşlı Qeyts əvvəllər Epşteyn ilə bir sıra görüşlər keçirdiyinə görə peşman olduğunu bildirib.

Wall Street Journal-a danışan Antonova deyib: “Mən onunla tanış olanda Epşteynin əslində kim olduğunu bilmirdim. Mən onu sadəcə kömək etmək istəyən uğurlu iş adamı kimi tanıyırdım. Epşteyn və onun etdiklərinə nifrət edirəm”.

Busaat.az

Bill Gates’in Rus kadınla ilişkisi ortaya çıktı: Fotoğrafları sızdırmakla tehdit etmiş

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110322