Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
Busaat.az xəbər verir ki, sözügedən cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 29 nəfərə şamil olunub.
Əfv edilən məhkumlardan 27-si cəzadan tam azad olunub, 2 nəfərin cəzası azaldılıb.