Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.00 $▲0.62%
  • WTI neft86.40 $▲0.85%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.319 $▲3.30%
  • Qızıl4 039 $▼2.08%
  • Gümüş51.49 $▼3.30%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 572 $▼2.24%
  • Ethereum2 050 $▼3.85%
  • S&P 5007 515▼0.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Suriya enerji sazişi ilə yeni iqtisadi mərhələyə qədəm qoyur

image-6b925b69-f201-3977-9d24-f03db37eacc6_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Suriya hökuməti Qətər, Türkiyə və ABŞ şirkətlərindən ibarət konsorsiumla enerji sahəsində əməkdaşlığa dair 7 milyard dollar dəyərində saziş imzalayıb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, memorandumun imzalanma mərasimi Dəməşqdəki prezident sarayında Suriya prezidenti Əhməd əş-Şəraa və ABŞ Prezidentinin Suriya üzrə elçisi Tomas Barrakın iştirakı ilə keçirilib.

Suriyanın energetika naziri Məhəmməd əl-Başir bu hadisəni münaqişə illərində zərər çəkmiş ölkənin infrastrukturu üçün “tarixi an” və “dönüş nöqtəsi” adlandırıb. Öz növbəsində, Barrak əmin edib ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları heç bir şərt qoymadan ləğv edir, Dəməşqə əməkdaşlığı və ticarət əlaqələrini inkişaf etdirməyi təklif edir.

Qətərin “UCC Holding” şirkətinin bölməsinin rəhbərlik etdiyi konsorsiuma Türkiyənin “Kalyon GES Enerji Yatirimlari və Cengiz Enerji”, həmçinin “Power International USA” şirkətləri daxildir.

Suriyanın mərkəzi və şərq hissəsində qazla işləyən dörd istilik elektrik stansiyasının, cənubda isə günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=165789