Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 686 $▲0.34%
  • Ethereum2 265 $▲0.54%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Cəmiyyət

Birinci Qarabağ müharibəsi əlillərinə şad xəbər

image-nazirler_kabineti
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanıb.

Busaat.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb.

Qərarla təsdiq olunmuş “Qayda” Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçularına və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsini tənzimləyir.

Birdəfəlik ödəmənin məbləği Azərbaycan Prezidentinin 23.12.2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə aşağıdakı kimi müəyyən olunub:

I dərəcə əlilliyə görə – 8 800 manat;
II dərəcə əlilliyə görə – 6 600 manat;
III dərəcə əlilliyə görə – 4 400 manat.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

– 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;
– Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;
– Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;
– Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;
– Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.
Birdəfəlik ödəmə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82796