Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▼4.46%
  • Ethereum1 818 $▼5.68%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Biz Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını alqışlayırıq - Hüseyn Əmir Abdullahiyan

image-abdullahian
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayırıq.

Busaat.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

“İran Ermənistanla münasibətlərə önəm verir. Bizim Cənubi Qafqazda yerləşən ölkələrlə tarixi və mədəni əlaqələrimiz var. Cənubi Qafqaz İranla qonşu olan ölkələr arasında ən mühüm bölgələrdən biridir, biz Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını alqışlayırıq. İran bu məsələdə həssasdır və regional sülh gündəliyi ilə bağlı danışıqlara diqqət yetirir”, – nazir bildirib.

Biz hesab edirik ki, Cənubi Qafqaz xarici dövlətlərin burada rol oynaması və rəqabət aparması üçün platformaya, mühitə çevrilməməlidir, onların müdaxiləsi sülh prosesini daha da ləngidir.

Abdullahiyan qeyd edib ki, indi müharibə ilə məsələlərin həlli dövrü başa çatıb və məsələləri siyasi yolla həll etmək, sabit sülh əldə etmək lazımdır.

“Danışıqlar prosesində  ölkələr qane olmalı, qənaətbəxş mövqeləri rəhbər tutmalı və həmin danışıqlarda tərəflərin dövlət maraqları qorunmalıdır. Təəssüflər olsun ki, bəzi xarici oyunçular başqa hesablamalara əl atırlar və Cənubi Qafqaz regionunda yaradılmış şəraitdən sui-istifadə edirlər. Biz özümüz region ölkələri arasında 3+3 formatında əməkdaşlığı alqışlayırıq”, – diplomat əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116045