Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.23 $▼4.59%
  • WTI neft81.48 $▼3.85%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.353 $▲6.04%
  • Qızıl3 742 $▼1.18%
  • Gümüş45.01 $▼1.75%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.00 ¢▼2.85%
  • Bitcoin63 161 $▼2.64%
  • Ethereum1 772 $▼2.78%
  • S&P 5007 350▲0.13%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Gündəm

“Biz geri dönəcəyik...” - Laçının Zabux kəndindəki silahlı erməni qadın - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gecə saatlarından yayılmış xəbərlərdən bəlli olduğu kimi, artıq 10 Noyabr razılaşmasına əsasən mülki  işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər. Lakin bir neçə gündür ki, erməni mənbələrində bəhs edilən rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağı haqda iddialar səslənir. Həmin kəndlərdən  biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir. Görəsən, hazırda hələ də ermənilərin qaldığı həmin kənddə nə baş verir?

 

Busaat.az  xəbər verir ki, News.am saytının yaydığı məlumata görə,  “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq  üçün əşyalarını toplayırlar. Muşeq Bakhuntsun sözlərinə görə, kəndin  kimin nəzarətində qalacağıyla bağlı hələ də etibarlı məlumatları yoxdur. Əşyalarını toplayan digər qeyri-qanuni sakin Sasun Bağdalqulyan kəndin Azərbaycana  veriləcəyini deyildiyini söyləyib. Eyni zamanda bildirilib ki,   azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir. Bu halda evlərə toxunmamaq və sökməmək barədə xəbərdarlıq edilib.

 

“Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub etməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəm, görüm, nə baş verir”- deyə  Zabuxdakı  çiynində avtomat silah olan erməni arvad bildirir.

 

Zabuxun qanunsuz “mer”i  Andranik Çavuşyan qeyd edir ki, kəndin düşmənə təslim edilib-edilməyəcəyi rəsmən elan olunmayıb. O bildirib ki, sonadək mübarizə aparacaq və Zabuxdan heç bir erməni evinin köçürülməsinə imkan verməyəcək…Moderator

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25988