
Biz Putini avqustda Türkiyədə qarşılamağa hazırlaşırıq - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Ərdoğan Rusiya prezidenti Vladimir Putinin avqustda Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirib.
Bu barədə Bbusaat.az Türkiyə mətbuatına istinadən xəbər verir.
“Biz avqustda cənab Putini qəbul etməyə hazırlaşırıq. Biz “taxıl dəhlizi” sövdələşməsinin uzadılmasına razıyıq”, – Ərdoğan bildirib.
Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan arasında danışıqların tarixi hələ müəyyən edilməyib.
Busaat.az























