
Biz Rusiyanın niyyətini görürük və cavab verəcəyik – Zelenski
Rusiya ordusunun niyyətini görürük və buna uyğun cavab verəcəyik.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Telegram hesabında paylaşdığı video mesajla müharibədəki son hadisələri dəyərləndirən Zelenski Ukrayna Silahlı Qüvvələrinin rəsmiləri ilə görüşdüklərini və ölkəsində Rusiyaya qarşı aparılan müharibənin təfərrüatlarını müzakirə etdiklərini bildirib.
Cəbhədə onlar üçün ümidverici hadisələrin yaşanacağını gözlədiklərini və buna uyğun hazırlıqlarını davam etdirdiklərini ifadə edən Zelenski deyib: “Terror dövlətinin (Rusiya) müxtəlif formada hərəkətlərinə hazırlaşırıq. Onun niyyətini görürük və cavab verəcəyik”.
Busaat.az























