
Biz Serbiyanı müharibədən xilas etdik - Aleksandr Vuçiç
Serbiya prezidenti Aleksandar Vuçiç Serbiyanı müharibədən xilas etdiklərini və sülhün qorunması üçün lazımi addımları atacaqlarını bildirib.
Busaat.az xəbər verir ki, Serbiya prezidenti Vuçiç ölkənin paytaxtı Belqradda mətbuat mənsublarına 2022-ci illə bağlı qiymətləndirmələr edib.
Maliyyə sabitliyini, iqtisadiyyatı və onun böyüməsini qoruduqlarına diqqət çəkən Vucic, ölkəsinin maliyyə sabitliyi baxımından Avropa ilə müqayisədə daha əlverişli mövqedə olduğunu bildirib.
Serbiya-Kosovo münasibətlərinə toxunan Vuçiç ölkəsinin sülhün qorunması üçün bütün lazımi addımları atacağını qeyd edib.
Kosovonun şimalına gəldikdə onları “çətinliklər” gözlədiyini vurğulayan Vuçiç ölkəsinin Brüssel razılaşması da daxil olmaqla bütün razılaşmalara hörmət etdiyini, lakin Kosovonun heç bir razılaşmaya hörmət etmədiyini bildirib.
Busaat.az























