
"Biz ümid edirik ki, saziş balanslaşdırılmış, şəkildə həyata keçiriləcək” - Çin XİN
Çin Qara dəniz vasitəsilə taxılın daşınmasına dair sazişin effektiv və hərtərəfli icrasının davam etdiriləcəyinə ümid edir.
Busaat.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.
“Qara dəniz vasitəsilə taxıl daşınmasına dair paket sazişi Birləşmiş Millətlər Təşkilatı, Rusiya, Türkiyə və Ukraynanın bir neçə raund danışıqlardan sonra əldə etdiyi mühüm razılaşmadır. Biz ümid edirik ki, saziş balanslaşdırılmış şəkildə həyata keçirilməyə davam edəcək”, – Vanq Venbin deyib.
O, Çinin qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığı gücləndirməyə hazır olduğuna diqqət çatdırıb.
Qeyd edək ki, Cenevrədə BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan, BMT baş katibinin müavini Martin Qriffits və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Verşinin jurnalistlərə bildirib ki, Moskva 2022-ci ilin noyabrında olduğu kimi 120 gün deyil, cəmi 60 gün qısaldılmış müddətə olsa da, 18 martda başa çatan müqavilənin uzadılmasının əleyhinə deyil.
Busaat.az























