
"Bizə qardaş Rusiyadan tam təhlükəsizlik zəmanəti lazımdır” - Lukaşenko
Belarus və Rusiya Rusiyanın Belarusa hücuma məruz qalacağı təqdirdə onu öz ərazisi kimi müdafiə etməsi üçün danışıqlar aparır.
Busaat.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.
“Ümumiyyətlə, Vladimir Putinlə danışıqlarda belə səslənirdi ki, Belarusa təcavüz olarsa, Rusiya Belarusu öz ərazisi kimi qoruyacaq. Bu, bizə lazım olan təhlükəsizlik zəmanətləridir. Bizə Qardaş Rusiyadan tam təhlükəsizlik zəmanəti lazımdır”, – Lukaşenko deyib.
Lukaşenko qeyd edib ki, Qərb ölkələri nüvə silahlarından imtina müqabilində Budapeşt Memorandumunun bir hissəsi kimi verilən təhlükəsizlik təminatına dair razılaşmaları yerinə yetirmir və mahiyyət etibarı ilə onları heçə sayıblar.
Busaat.az























