Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.06 $▲0.67%
  • WTI neft86.99 $▲0.40%
  • Avropa qazı (TTF)87.00 €▲2.41%
  • Təbii qaz (ABŞ)3.290 $▼0.03%
  • Qızıl4 012 $▼1.03%
  • Gümüş52.18 $▼0.65%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.00 ¢▲0.84%
  • Bitcoin74 346 $▲0.88%
  • Ethereum2 088 $▲1.80%
  • S&P 5007 632▲1.45%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

“Bizə silah verin, qışa qədər müharibəni yekunlaşdıraq” – Zelenski

image-zelenski
zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünyanın ən zəngin yeddi dövlətinin lideri Almaniyada keçirilən sammitin ikinci günündə Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləyəcəklərini vəd edib. G7 (Böyük Yeddilik) qrupu bəyanatında həmçinin bildirib ki, Rusiya Ukrayna limanlarından ərzaq məhsullarının çıxarılmasının qarşısını almağı dayandırmalıdır.

Sammitdə videobağlantı vasitəsilə çıxış edən Ukrayna Prezidenti Qərb müttəfiqlərindən daha çox ağır silahlar istəyib.

Biz maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında olacağıq”, – deyə liderlər bildiriblər.

Sammitin keçirildiyi lüks spa otelə zəng edən Prezident Volodimir Zelenski Ukrayna üçün daha çox ağır silahlar istəyib və müharibənin ilin sonuna “qış başlamazdan əvvəl” bitəcəyinə ümid etdiyini söyləyib:

Sərt qış şəraitinin Ukrayna qoşunları üçün döyüş şəraitini daha da çətinləşdirəcəyi ilə bağlı narahatlıqlar var”.

Zelenski, həmçinin Qərb müttəfiqlərini Rusiyaya daha çox sanksiyalarla təzyiqləri davam etdirməyə çağırıb.

G7 liderləri birgə bəyanatla bildiriblər ki, onlar Prezident Vladimir Putin hökumətinə və qonşu Belarusda dəstək olan şəxslərə qarşı sanksiyaların “davam edilməsinə və gücləndirilməsinə” sadiq qalacaqlar.

Birgə bəyanatda həmçinin deyilir ki, qızıl və neft ixracına qarşı sanksiyalar, eləcə də “müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlara qarşı məqsədyönlü sanksiyalar” olacaq.

G7 həmçinin Kremldən ərzaqların Ukrayna limanlarını tərk etməsinə icazə verməsini tələb edib və Moskvanı münaqişə nəticəsində qlobal ərzaq təhlükəsizliyinə təhdidlərin artmasında günahlandırıb.

Ukraynanın yüksək qiymətləndirilən taxıl ixracatının böyük hissəsi yerli anbarlarda çürümək təhlükəsi ilə üzləşib, çünki Rusiya qüvvələri Ukraynanın Qara dənizdəki limanlarını bağlamağa davam edir.

Biz təcili olaraq Rusiyanı kənd təsərrüfatı və nəqliyyat infrastrukturuna hücumları heç bir şərt olmadan dayandırmağa və Ukrayna limanlarından kənd təsərrüfatı gəmilərinin sərbəst keçməsini təmin etməyə çağırırıq”, – G7-nin bəyanatında deyilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80375