Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 377 $▼3.17%
  • Ethereum1 721 $▼2.96%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

"Bizim gələcəkdə nə edəcəyimiz Rusiyanın hərəkətlərindən asılı olacaq" - Cənubi Koreya

image-1389837
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Seul Kiyev rejimini silahla təmin etməyib, çünki o, Moskva ilə münasibətlərdə sabitliyin qorunmasını zəruri hesab edir.

Busaat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın prezident administrasiyasına istinadən məlumat yayıb.

Prezidentin yüksək rütbəli nümayəndəsi bildirib ki, Cənubi Koreya Kiyevə  yalnız humanitar və maliyyə yardımı göstərir. O, qeyd edib ki, Cənubi Koreya qanunlarına görə,  müharibə vəziyyətində olan xarici ölkələrə silah tədarükü ilə bağlı qadağa yoxdur.

“Bizim bunu etməməyimizin səbəbi Rusiya-Cənubi Koreya münasibətlərində sabitliyi qorumaq, eyni zamanda beynəlxalq ictimaiyyətin Ukrayna xalqının azadlığını qorumaq siyasətini dəstəkləmək zərurətindədir”, – administrasiya bildirib.

“Bizim gələcəkdə nə edəcəyimiz Rusiyadan asılı olacaq”, – yüksək rütbəli məmur deyib.

Qeyd edəkk ki, Cənubi Koreya prezidenti Yoon Suk-yeol Reuters agentliyinə verdiyi müsahibəsində mülki əhali üçün ciddi təhlükə və ya müharibə qanunlarının ciddi şəkildə pozulması halında Seulun Ukraynaya silah tədarük etməyə başlaya biləcəyini istisna etməyib.

Cənubi Koreya prezidentinin bu açıqlamasını şərh edən Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, Ukraynaya silah tədarükü Seulun münaqişəyə dolayısı ilə qarışması demək olacaq. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə hesab edir ki, Seul KXDR-də ən son rus silahları peyda olanda Cənubi Koreya əhalisinin reaksiyası barədə düşünməlidir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107489