Məzmuna keç
  • Azeri Light99.88 $▼0.75%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 862 $▼2.00%
  • Ethereum1 895 $▼1.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Blinken Hakan Fidana hörmətsizlik etdi

image-hakanblinken
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, dünən Ankarada Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdən əvvəl maraqlı an yaşanıb. Hakan Fidanın amerikalı həmkarını qarşılaması zamanı Blinken onu qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri bu jestə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib. 

Busaat.az xəbər verir ki, “CNN Türk” Hakan Fidanın Blinkenə reaksiyasının səbəbini açıqlayıb.

Məlumata görə, nazirlərin görüşü üçün Blinkenin içərisində olduğu avtomobil Türkiyə Xarici İşlər Nazirliyinin qarşısına gəldikdə hər qarşılamada olduğu kimi Hakan Fidan qonağı qarşılamaq üçün binanın önünə çıxıb. Lakin Blinkenin bu zaman avtomobildə telefonla danışdığı və söhbətini bitirməyərək türkiyəli həmkarını gözlətdiyi bildirilir.

“Blinken avtomobildən enmədiyi üçün Hakan Fidan binaya geri qayıdıb. Diplomatik nəzakətsizlik nümayiş etdirən Blinkeni binanın içərisində qarşılayan Fidan onun görüşmək jestini qəbul etməyib”, – deyə məlumatda qeyd olunub. Qafqazinfo

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127165