
Blinken Hakan Fidanla görüşə bilər - MEDİA
ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşə bilər.
Busaat.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən diplomatik mənbələr “Al-Monitor”a bildiriblər.
Görüş 21-22 iyunda Londonda baş tuta bilər.
Görüş zamanı əsas məqamın Türkiyənin İsveçin NATO-ya üzvlüyünə daim etiraz etməsi məsələsi olacağı ehtimal edilir. Mənbələr görüşün kim tərəfindən tələb olunduğu barədə şərh verməkdən imtina ediblər.
Busaat.az























