
Blinken İsrailə Qərb Sahilinin ilhaqı ilə bağlı xəbərdarlıq etdi
ABŞ dövlət katibi Antoni Blinken İsrailin keçmiş baş naziri Binyamin Netanyahuya İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı xəbərdarlıq edib.
Busaat.az bu barədə AFP-ə istinadən xəbər verir.
Qeyd edək ki, Netanyahunun “Dini Sionizm” də daxil olmaqla ifrat sağ hərəkatlarla koalisiya müqaviləsi bağladıqdan sonra hakimiyyətə qayıdacağı gözlənilir.
ABŞ-da yerləşən mütərəqqi İsrail tərəfdarı J Street-in qarşısında çıxış edən Blinken Netanyahunu təbrik edib.
“Biz hökuməti ayrı-ayrı şəxsiyyətlərdən çox onun apardığı siyasətlə qiymətləndirəcəyik” – deyə, Blinken əlavə edib.
Busaat.az























