Blinken İsveç, Finlandiya və Norveçə səfər edəcək

image-27457762_0_0_1601_901_1920x0_80_0_0_2b375e799299ee9c9c25915059fa68c5-jpgbackend

ABŞ dövlət katibi Entoni Blinken mayın 29-dan iyunun 2-dək İsveç, Norveç və Finlandiyaya səfər edəcək.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Blinken NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq, habelə Ukraynaya gələcək dəstəyi müzakirə etmək niyyətindədir.

Məlumata görə, Blinken ilk olaraq İsveçin Lulea şəhərində olacaq və burada ABŞ-Aİ Ticarət və Texnologiya Şurasının iclasında iştirak etmək edəcək. Görüşün gündəliyində duran əsas məsələlər isə Rusiyaya qarşı yeni sanksiyalar, eləcə də region ölkələri arasında ticarət və texnoloji əməkdaşlığın genişləndirilməsi olacaq.

Mayın 31-dən iyunun 1-dək Blinken Osloda olacaq və NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Diplomat səfərin sonunda iyunun 1-2-də Helsinkiyə səfər edəcək və burada ABŞ-nin yeni NATO müttəfiqi ilə ikitərəfli münasibətlər mövzusunda çıxış edəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90