
Blinken Moskvanı Uilanın mübadiləsi təklifini qəbul etməyə çağırıb
Moskvanı bir daha Vaşinqtonun Pol Uilanın mübadiləsi ilə bağlı təklifini qəbul etməyə çağırırıq.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı deyib.
“Söhbət Pol Uilana gəldikdə, masada bir təklif var və bu, bir neçə aydır ki, müzakirə olunur. Lavrovla birlikdə Rusiyanın bu təklif üzərində hərəkət etməsini bir daha təkrarladım”, – Blinken bildirib.
O, qeyd edib ki, Wall Street Journal-ın müxbiri Evan Gerhskoviçin saxlanması məsələsini danışıb və dərhal azadlığa buraxılmasını tələb edib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, Gerşkoviç ABŞ tərəfinin göstərişi ilə Rusiyanın hərbi sənaye müəssisəsi haqqında məxfi məlumatlar toplayırmış. Kremlin sözçüsü Dmitri Peskovun dediyinə görə, müxbir cinayət başında yaxalanıb və ona qarşı casusluq maddəsi ilə cinayət işi başlanıb.
Busaat.az























