
BMT baş katibi “BMT TŞ-də islahatlara dair” mesaj verdi: Struktur dəyişir?
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) və BMT-nin “Bretton Woods” kimi tanınan maliyyə sistemində islahatların zəruri olduğunu bildirib.
Busaat.az xəbər verir ki, BMT-nin baş katibi Quterreş Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Sammitindən sonra mətbuat konfransı keçirib.
BMT Təhlükəsizlik Şurasının və onun maliyyə nizamının 1945-ci ildəki güc münasibətlərini əks etdirdiyini bildirən Quterreş burada bir yeniləməyə ehtiyac olduğunu qeyd edib.
Quterreş deyib:
“1945-ci ildən bəri çox şey dəyişdi. Qlobal maliyyə arxitekturası köhnəlmiş, işlək və ədalətsiz olmuşdur. Covid-19 epidemiyasının iqtisadi şoku və Rusiyanın Ukraynanı işğalı qarşısında qlobal təhlükəsizlik şəbəkəsi öz funksiyasını yerinə yetirə bilmədi. İndi həm BMT Təhlükəsizlik Şurasının, həm də “Bretton Woods” institutlarında islahatların vaxtıdır. Söhbət bugünkü dünyanın reallıqları çərçivəsində səlahiyyətlərin yenidən bölüşdürülməsindən gedir”.
Busaat.az























