Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 585 $▼3.87%
  • Ethereum1 833 $▼4.92%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

BMT-dən İsrail əleyhinə səsvermə: Netanyahu qərarı mənfur adlandırdı

image-benjamin-netanyahu
FILE - Benjamin Netanyahu, former Israeli Prime Minister and the head of Likud party, speaks to his supporters after first exit poll results for the Israeli Parliamentary election at his party's headquarters in Jerusalem on Nov. 2, 2022. Netanyahu's Likud party released the new government's policy guidelines on Wednesday, Dec. 28, 2022. Netanyahu’s incoming hard-line government has put West Bank settlement expansion at the top of its list of priorities a day before it's set to be sworn into office. (AP Photo/Oren Ziv, File)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında İsrailin Fələstin ərazilərini işğalının hüquqi nəticələri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindən “məsləhət rəyi” tələb edilməsi qərarına reaksiya verib.

Busaat.az xəbər verir ki, israilli lider deyib:

“Bu gün qəbul edilən alçaq qərar İsrail hökuməti üçün məcburi olmayacaq”.

Netanyahu yəhudi xalqının Fələstin torpaqlarını və “əbədi paytaxt” Qüdsü işğal etmədiyini, BMT-də qəbul edilən qərarın bu tarixi həqiqəti dəyişdirməyəcəyini bildirib.

Netanyahu ötən günlərdə bəzi ölkələrin liderləri ilə görüşlər keçirdiyini və sonradan bu ölkələrin BMT-də qəbul edilən qətnamənin lehinə səs verməkdən imtina etdiyini müdafiə edib.

Qeyd edək ki, bu gün BMT Baş Assambleyası Beynəlxalq Ədalət Təşkilatından İsrailin Fələstin ərazilərini işğalının hüquqi nəticələri ilə bağlı “məsləhət rəyi verməsini” tələb edən qətnamə qəbul edib.

Baş Assambleyada keçirilən səsvermədə 87 üzv ölkə lehinə, 26 ölkə, o cümlədən İsrail və ABŞ əleyhinə səs verib, 53 ölkə bitərəf qalıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95848