Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 171 $▲1.66%
  • Ethereum1 820 $▲2.94%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

BMT-dən Talibanın qız tələbələrlə bağlı qərarına REAKSİYA

image-modern-az_bmt_971
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Taliban rəhbərliyinin qəbul etdiyi və Əfqanıstanda qız tələbələrin universitet təhsilini dayandırmasını nəzərdə tutan qərar beynəlxalq hüquqa ziddir.

Busaat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı bəyan edib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk yazılı açıqlamada, bu qərarın Əfqanıstanda qadın hüquqlarına ağır zərbə olduğunu ifadə edərək, qərarın bütün ölkə üçün kədərli bir geriləmə olduğunu vurğulayıb.

Qadınların sistemli şəkildə sosial həyatdan uzaqlaşdırılmasının dünyada baş verən yeniliklərə və inkişaflara zidd olduğunu qeyd edən Türk, bir çox həkim, müəllim və hüquqşünaslığa namizəd ola biləcək qadınların əməyinin boşa getdiyini vurğulayıb.
Türk deyib: “Qadınların orta və ali təhsildə iştirakının dayandırılması Əfqanıstanın beynəlxalq hüquq qarşısındakı öhdəliklərinin açıq şəkildə pozulmasıdır”.

Taliban səlahiyyətlilərini bu qərarı ləğv etməyə çağıran Türk, “Qadınların hər səviyyədə və ayrı-seçkilik olmadan təhsilə çıxışı əsas və şübhəsiz bir haqqdır” – deyə, vurğulayıb.

Qeyd edək ki, Taliban administrasiyası dünən Nazirlər Şurasının qərarı ilə qız tələbələrin universitetlərdə təhsilinin ikinci açıqlamaya qədər dayandırıldığını açıqlayıb.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94805