
BMT Əfqanıstanda gözəllik salonlarına qoyulan qadağa qərarını ləğv etməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Dəstək Missiyası (UNAMS) Taliban hərəkatını Kabil və Əfqanıstanın digər əyalətlərində gözəllik salonlarının işinə qoyulan yeni qadağanı ləğv etməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə təşkilatın Twitter səhifəsində məlumat verilib.
“Əfqanıstan hakimiyyətindən gözəllik salonlarını bağlamaq əmrini ləğv etməyə çağırırıq. Qadın hüquqlarının bu şəkildə məhdudlaşdırılması iqtisadiyyata mənfi təsir göstərəcək və qadın sahibkarlığının dəstəklənməsinə zidd olacaq”, – təşkilatın bəyanatında deyilir.
Qeyd edək ki, Taliban tərəfindən yaradılan İslami Oriyentasiya, Yaxşılığa İcazə Verən və Tənqidi Qadağalar Nazirliyi Kabil və digər əyalətlərdə gözəllik salonlarının fəaliyyətini qadağan etdiyini açıqlayıb.
Busaat.az























