
BMT İrana nümayəndə heyəti göndərir
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında İranda insan haqları pozuntularını araşdırmaq üçün tədqiqat qrupunun təyin edilməsi təklifi səs çoxluğu ilə qəbul edilib.
Busaat.az xəbər verir ki, Şurada keçirilən xüsusi iclasda İranda sentyabrın 16-dan bu yana davam edən etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə bağlı hüquq pozuntuları imüzakirə edilib.
Sessiyanın sonunda hüquq pozuntularının araşdırılması üçün tədqiqat qrupunun təyin edilməsi ilə bağlı qərar layihəsi Şuraya təqdim olunub. Qanun layihəsi 6 əleyhinə 25 lehinə olmaqla səs çoxluğu ilə qəbul edilib.
Digər tərəfdən, İsveçrədə yaşayan iranlılar BMT-nin Cenevrə ofisinin qarşısında hökumət əleyhinə etiraz aksiyası keçiriblər.
100-dən çox nümayişçi İran təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə etiraz edərək, İranın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasını tələb ediblər.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker sessiyadakı çıxışında İran administrasiyasını “xalqın bərabərlik tələblərini nəzərə almağa” çağırıb.
Busaat.az























