
BMT iyunun 23-də Ukrayna məsələsi ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusunda sessiyası iyunun 23-nə planlaşdırılıb.
Busaat.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının bu həftə keçiriləcək iclaslarının cədvəlində məlumat paylaşılıb.
BMT-nin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlonun Təhlükəsizlik Şurasına hesabat təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, Rozmari Moskvaya səfər edib, burada Rusiya xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Sergey Verşinin, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov ilə görüşüb.
Busaat.az























