“BMT keçmiş dövrün məhsuludur” – Filippin Prezidenti

image-filippinbackend

Filippin Prezidenti Rodriqo Duterte BMT-ni keçmiş dövrün məhsulu adlandırıb.

Busaat.az  xəbər verir ki, Filippin Prezidenti bunu BMT Assambleyasının 76-cı sessiyasına ünvanladığı videomüraciətində deyib.

“Qlobal effektiv idarəetmə tələb edən çoxsaylı böhranlarla üzləşirik. Bununla belə, BMT də daxil olmaqla qurumlarımız qeyri-adekvat nəticə nümayiş etdirdilər. BMT keçmiş dövrün məhsuludur və artıq bu günün siyasi və iqtisadi reallıqlarını əks etdirmir”, – deyə Duterte vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin islahatlar yolu ilə öz imkanlarını genişləndirməsi mütləqdir. O, həmçinin qeyd edib ki, əgər BMT dünyanı çoxsaylı böhranlardan qurtarmaq istəyirsə, hər şey dəyişməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90