
BMT: Rusiya ABŞ-ı strateji nüvə təlimləri barədə xəbərdar edib
Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab edir ki, Rusiya ABŞ və digər ölkələri strateji nüvə qüvvələrinin təlimləri ilə bağlı xəbərdar edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı BMT sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.
“Biz mətbuatda belə xəbərlər görmüşük ki, Rusiya hakimiyyəti ABŞ-ı və başqalarını təlimlərin keçirildiyi barədə xəbərdar edib. Hələlik başqa şərh yoxdur” – deyə, Dujarrik bildirib.
Qeyd edək ki, təlim çərçivəsində Plesetsk kosmodromundan “Yars” qitələrarası ballistik raketi və Barents dənizindən “Sineva” ballistik raketini Kamçatkadakı Kura poliqonuna buraxılıb. Təlimlərə iki Tu-95MS uzaqmənzilli təyyarə cəlb olunub.
Kremlin saytında verilən məlumata görə, bütün tapşırıqlar tam yerinə yetirilib və bütün raketlər gözləntiləri doğruldaraq hədəflərini vurub.
Busaat.az























