
BMT “Şimal axını” təxribatı ilə bağlı qətnaməni dəstəkləməyib
BMT Təhlükəsizlik Şurası “Şimal axını” təxribatının beynəlxalq təhqiqatına dair qətnaməni dəstəkləməyib.
Busaat.az xəbər verir ki, qətnaməni 3 ölkə dəstəkləyib.
Qətnamə Rusiya, Çin və Braziliya tərəfindən dəstəklənib, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, BƏƏ, ABŞ, Fransa, İsveçrə, Ekvador və Yaponiya bitərəf qalıb.
Qətnamənin həmmüəllifləri Belarus, Venesuela, KXDR, Nikaraqua, Suriya və Eritreyadır. Lakin bu dövlətlər Təhlükəsizlik Şurasının üzvü deyillər və səsvermədə iştirak etməyiblər.
Busaat.az























