
BMT taxıl sazişi ilə bağlı bəyanat yayıb
BMT Qara dəniz Taxıl Sazişi çərçivəsində gəmi yoxlamalarının davam etdiyini bildirib. Belə ki, Rusiyanın Qara dəniz Taxıl Sazişindən çıxmasından sonra Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) qrupları müqavilə çərçivəsində gəmi yoxlamalarını bərpa edib.
Busaat.az xəbər verir ki, mövzu ilə bağlı BMT-nin sözçüsü Reuters agentliyinə məlumat verib.
Qeyd edək ki, Moskva Ukrayna taxılını dünya bazarına çıxaran Qara dəniz taxıl sazişindən çıxdıqdan sonra, BMT, Türkiyə və Ukrayna bu gün sazişin davam etdirilməsi üçün 16 gəminin irəliləməsinə imkan verəcək fəaliyyət planı hazırlayıb.
BMT-nin Qara dəniz taxıl sazişi koordinatoru Əmir Abdulla mülki yük gəmilərinin heç vaxt hərbi hədəf ola bilməyəcəyini və ya girov götürülə bilməyəcəyini ifadə edib.
Busaat.az























