
BMT taxıl təşəbbüsünü sürətləndirməyə və genişləndirməyə çağırıb
BMT baş katibi Antonio Quterreş Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində əməliyyatların sürətləndirilməsinə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə BMT mətbuat katibinin müavini Farhan Haq tərəfindən edilən yazılı açıqlamada məlumat verilib.
Quterreşin yoxlamaların ləngiməsi və Yujnı/Pivdennıy limanının ləğv edilməsindən təəssüfləndiyi bildirilib.
Bu vəziyyətin gəmilərin hərəkətliliyinin azalmasına və qlobal bazarlarda ərzaq tədarükünün azalmasına səbəb olduğu vurğulanıb.
“Tərəfləri əməliyyatları sürətləndirmək və bu həyati təşəbbüsün müddətini uzatmaq üçün bütün lazımi səyləri göstərməyə çağırırıq”, – bəyanatda deyilir.
Busaat.az























