
BMT Təhlükəsizlik Şurası işğal olunmuş Fələstin ərazilərindəki vəziyyəti müzakirə etmək üçün bir araya gələcək
BMT Təhlükəsizlik Şurası işğal olunmuş Fələstin ərazilərindəki vəziyyəti müzakirə etmək üçün iyulun 7-də bir araya gələcək.
Busaat.az xəbər verir ki, bu barədə İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord açıqlama verib.
Açıqlamada 15 üzvlü BMT Təhlükəsizlik Şurasının bir araya gələcəyi və işğal olunmuş Fələstin torpaqlarında baş verən hadisələrin müzakirə ediləcəyi bildirilib.
İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord İordan çayının qərb sahilinində yerləşən Cenin şəhərindəki hadisələri yaxından izlədiklərini bildirərək həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
“Hər bir ölkənin özünü qorumaq hüququ var, lakin bu beynəlxalq qanun və beynəlxalq humanitar hüquqa uyğun şəkildə olmalıdır”, – Vudvord bildirib.
Busaat.az























