
BMT Ukrayna münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllini istəyir
Birləşmiş Millətlər Təşkilatı Ukraynadakı münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun həllini dəstəkləyir.
Busaat.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişə nə qədər tez bitsə, bir o qədər yaxşıdır sözlərini şərh edən Dujarrik deyib: “Məqsədimiz bu münaqişənin beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq bitməsini görməkdir”.
Busaat.az























