
Bodrumda mikroavtobus aşdı: 23 yaralı var
Muğlanın Bodrum rayonunda sərnişin avtobusunun aşması nəticəsində 23 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, avtomobil şirkətinin işçilərini daşıyan mikroavtobus idarəetmədən çıxıb. Baryerləri aşaraq dərə yatağına aşan avtomobil suötürücü boruya aşıb.
Xəbərdarlıq üzərinə çoxlu sayda sağlamlıq, polis və xilasetmə qrupu qəza yerinə sövq edilib.
Yaralılar ətrafdakı insanların və xilasetmə qruplarının köməyi ilə evakuasiya edilib.
Onlardan 23 nəfəri rayon xəstəxanalarına aparılıb. Hadisə zamanı ölüm faktı qeydə alınmayıb.























