Bolqarıstan hərbi personal axtarır

image-7-43backend

Bolqarıstan ordusu hərbi personal kvotasını doldurmağa çalışır. 30 min nəfərlik Bolqarıstan ordusu kadr boşluğunu doldurmaq üçün 6 min namizəd axtarır.

Busaat.az xəbər verir ki, Bolqarıstan Müdafiə Nazirliyi silahlı qüvvələrinin 30 min daimi kvotasını təmin etmək üçün 6000 namizəd axtardığını bildirib.

Müdafiə Nazirliyi birinci mərhələdə 200 peşəkar hərbçi cəlb etməyə cəhd göstərib. Axtarılan namizədlər Donanma, Hərbi Hava Qüvvələri və Birgə Komandanlıq qüvvələrinin kadr çatışmazlığını dolduracaq.

Nazirlik 30 min daimi əsgər kvotasını qarşılamaq üçün 6 min namizəd axtarışını indi də davam etdirir.

“Müasir hərbi missiyalar hərbçi olmaq istəyənlər üçün yeni imkanlar yaradır”, – Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Nazirlik daha əvvəl Hərbi Dəniz Qüvvələri üçün 95, Hərbi Hava Qüvvələri üçün 88 təcili yardım personalının axtarışını elan etmişdi.

Namizədlər bədən tərbiyəsi və ümumi mədəniyyət imtahanından keçməlidirlər.

1989-cu ildə Bolqarıstanın əhalisi 9 milyon olsa da, 2021-ci ildə 6,52 milyona qədər azalıb.

Əsasən gənclərdən ibarət 2,5 milyon vətəndaş Avropa İttifaqına (Aİ) və digər ölkələrə mühacirət edib.

2004-cü ildə NATO-ya qəbul olunduqdan sonra müvəqqəti hərbi xidmətini ləğv edən Bolqarıstan 2007-ci ildən sonra silahlı qüvvələrini tamamilə peşəkarlaşdırdı.

1989-cu ildə ordunun şəxsi heyətinin sayı 100 min nəfər olduğu halda, hərbi xidmət başa çatdıqdan sonra bu rəqəm 30 min nəfərə endirildi.

Aİ üzvlüyünün yaratdığı sərbəst hərəkət və karyera imkanları səbəbindən Bolqarıstanın silahlı qüvvələri daim kadr çatışmazlığı yaşayır.

Rəsmi qeydlərə görə, ən azı 5500 əsgər çatışmazlığı olan Bolqarıstan Silahlı Qüvvələri bu boşluğu aradan qaldırmaq üçün çarə axtarır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90