Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bolqarıstan nüvə yanacağı ehtiyaclarını Rusiyadan kənar qarşılayacaq

image-atom-enerjisi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bolqarıstanın atom elektrik stansiyası ABŞ-ın Westinghouse Electric şirkəti ilə nüvə yanacağı almaq barədə razılığa gəlib.

Busaat.az xəbər verir ki, enerji təchizatını diversifikasiya etməyi hədəfləyən və Bolqarıstanın yeganə atom elektrik stansiyası olan Kozloduy, ABŞ-ın Westinghouse Electric şirkətinin İsveç filialı ilə nüvə yanacağı almaq üçün müqavilə imzalayıb.

Bolqarıstanın energetika naziri Rossen Xirstov qeyd edib ki, ABŞ şirkəti ilə 10 illik razılaşma nüvə yanacağının alınmasının qeyri-müəyyən dövrlərdə normal qalmasına imkan verəcək. Elektrik stansiyasının 6-cı blokunun yanacaqla təmin olunması üçün Fransanın “Framatome” şirkəti ilə də analoji razılaşmanın imzalanacağını deyən nazir Xirstov müqavilənin hazırlıq mərhələsində olduğunu bildirib.

Xirstov, Framatome ilə ölkənin enerji ehtiyacları üçün Rusiyadan başqa iki mənbənin təmin ediləcəyini və enerji təchizatının “tam müxtəlifliyi və təhlükəsizliyinin” təmin edilməsi prosesinin tamamlanacağını bildirib.

Qeyd edək ki, Kozloduy Atom Elektrik Stansiyası daha əvvəl Bolqarıstanın elektrik enerjisinə ehtiyacının üçdə birini Rusiyanın Rosatom firmasından alırdı.

Rusiya qazından və nüvə yanacağından asılı olan Bolqarıstan Rusiya-Ukrayna müharibəsindən sonra enerji təchizatını diversifikasiya etmək qərarına gəlib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94980