
Bolqarıstan polisi Zelenskinin səfəri ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana gözlənilən səfəri ilə əlaqədar yerli polis ölkənin paytaxtında təhlükəsizlik tədbirlərini gücləndirib.
Busaat.az bu barədə BTV telekanalına istinadən xəbər verirş
Telekanalın məlumatına görə, təhlükəsizlik tədbirləri bir sıra hökumət binalarına, o cümlədən parlament və Mərkəzi Banka, eləcə də hava limanına aiddir.
“Bu gün, iyulun 6-da Zelenskinin Sofiyaya rəsmi səfər edəcəyi bildirilir. Onun səfəri Bolqarıstan parlamentinin Ukraynanın NATO-ya üzvlüyünə dəstək bəyannaməsini qəbul etməsi ilə üst-üstə düşür”, – məlumatda deyilir.
Xatırladaq ki, Zelenskinin Bolqarıstana səfər edəcəyi barədə məlumat iyulun 4-də yerli KİV-də yayılıb.
Busaat.az























