
Bolqarıstanın baş prokuroruna bombalı sui-qəsd təşkil edildi
Bolqarıstanda baş prokuror İvan Qeşevə sui-qəsd cəhdi olub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Geşevin karvanı rayon prokurorları ilə görüşmək üçün paytaxt Sofiyadan 50 kilometr aralıda yerləşən Samokov şəhərinə gedərkən Kovaçevtsi kəndi yaxınlığında bombalı hücum həyata keçirilib.
Hücumda Geşev və ailəsinin xəsarət almadığı bildirilib.
Səlahiyyətlilər, sözügedən bombanın pultla partladıldığını bildirərək, Geşevin Türkiyəyə gedərkən istifadə edəcəyi marşrutda ikinci bir bomba tapıldığını açıqlayıb.
Busaat.az























