Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 864 $▲1.18%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Boris Conson üç ölkəni hədəfə aldı: “Nəhayət gördülər ki, başqa variant yoxdur”

image-boris-conson
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Fransanı Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalını “inkar etməkdə” günahlandırıb. Eyni zamanda, müharibənin ilk vaxtlarında Almaniyanı uzun sürən münaqişə əvəzinə Ukraynanın tez bir zamanda hərbi məğlubiyyətinə üstünlük verməkdə ittiham edib.

Busaat.az xəbər verir ki, Consonun iddialarına görə, Rusiya Ukraynanı işğal etməzdən əvvəl Qərb ölkələrinin məsələyə münasibəti kəskin şəkildə dəyişib.

Müharibə başlayandan sonra AB ölkələrinin Ukraynaya həlledici dəstək verdiklərini vurğulayan Boris Conson, bunun Rusiyanın işğalından əvvəlki dövrdə fərqli olduğunu bildirib.

“Bu hadisə böyük şok idi. Biz rus batalyonunun taktiki qruplarının yığıldığını görə bilirdik, lakin müxtəlif ölkələrdən çox fərqli yanaşmalar var idi. Almaniyanın düşüncəsi o idi ki, əgər belə bir şey baş verərsə, bu, fəlakət olar. Almaniya bunun tez bir zamanda bitməsinin və Ukraynanın geri çəkilməsinin daha yaxşı olacağına inanırdı” – deyə, Conson qeyd edib.

Conson Fransaya toxunaraq, “Fransızların son ana qədər mövcud reallığı inkar etdiklərinə dair heç bir şübhə yoxdur” deyib.

Conson İtaliyanın işğal təhlükəsinə ilkin reaksiyasını da tənqid edərək qeyd edib ki, o vaxt Mario Draghi hökuməti Rusiya karbohidrogenlərindən “böyük” asılılığını nəzərə alaraq, İngiltərə ilə eyni mövqedə dayanmayıblar.

Conson deyib: “Hamı – almanlar, fransızlar, italyanlar, Co Bayden gördü ki, başqa variant yoxdur. Çünki siz bu adamla (Putin) danışıqlar apara bilməzdiniz”.

“ZELENSKİ ÇOX CƏSUR İNSANDIR”

Ukrayna prezidenti Volodimir Zelenskinin liderlikdə “tamamilə fövqəladə” olduğunu qeyd edən Conson, “O, çox cəsur bir insandır. Düşünürəm ki, iqtidarda Zelenski olmasaydı, bu münaqişənin tarixi tamamilə fərqli olardı” – deyə, bildirib.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91564