Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 271 $▲1.81%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Boris Conson yenidən UKRAYNADA: Zelenski ilə görüşdü

image-default-18
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bazar günü gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və Böyük Britaniyanın Ukraynanın yanında olacağına söz verib.

Busaat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Səfəri zamanı Conson Ukrayna paytaxtının ətrafında yerləşən Borodyanka və Buçaya da baş çəkib.

“Mən sizə deyə bilərəm ki, Böyük Britaniya nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında qalacaq”, – Conson Buça merinə deyib.

“Siz qalib gələcəksiniz və bütün rusları ölkənizdən çıxaracaqsınız, lakin biz uzun müddət sizinlə olacağıq. Biz sizə yenidənqurma işlərində kömək etmək istəyirik”, – keçmiş baş nazir əlavə edib.

Qeyd edək ki, Conson vəzifədə olarkən bir neçə dəfə Kiyevə səfər edib və Zelenskiyə tez-tez zəng edib. Kiyevdə Consonu Zelenski və Ukraynanın bir sıra yüksək səviyyəli rəsmiləri, o cümlədən xarici işlər naziri və prezident aparatının rəhbəri şəxsən qarşılayıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97881